BolgeXeber.Com » Xəbərlər » Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Cəlilabadda qeyd olundu

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Cəlilabadda qeyd olundu

6-05-2016, 19:47
Oxunub: 2 132  Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Cəlilabadda qeyd olunduTədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra icra hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycanın qurucusu, ölkəmizin dünyaya tanıdılması istiqamətində böyük işlər görən Heydər Əliyev siyasətindən danışdı

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını doğma Azərbaycana və xalqına həsr edən Ulu Öndər bənzərsiz və müqayisə olunmaz şəxsiyyət idi. Ümummilli Liderimizin fəaliyyətinin hər anı xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmətdən ibarətdir. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1982-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin qorunması və möhkəmlənməsi naminə göstərilən siyasi iradə Ulu Öndərin adı ilə bağlıdır. 1969-cu ildə dahi rəhbər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi Azərbaycanda kompleks inkişafa təkan verdi. Əgər 1969-cu ilədək Azərbaycan ittifaq dövlətləri arasında inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, 1970-1980-ci illərdə Ulu Öndərin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoyub, aqrar sənaye kompleksinin sürətlə inkişaf etdiyi respublikaya çevrilib.

Xalqının əsl lideri kimi Vətəninə tarixi nailiyyətlər qazandıran, adını Vətən tarixinin şərəf salnaməsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi. Bu dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüşün əsası qoyuldu, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Bu illərdə Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, xarici ticarət əlaqələrinin genişləndirilməsi Ümummilli Liderin xidmətlərinin nəticəsidir.

Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən Ulu Öndər deyirdi ki, “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.İcra başçısı qeyd etdi ki, ümummilli liderin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani dəyərləri ilə unudulmaz iz buraxıb.
Bolgexeber.com
 Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Cəlilabadda qeyd olundu
 Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Cəlilabadda qeyd olundu
 Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Cəlilabadda qeyd olundu