BolgeXeber.Com » Siyasət » İstanbulda Birinci Ümumdünya Humanitar Forum öz işinə başladı

İstanbulda Birinci Ümumdünya Humanitar Forum öz işinə başladı

23-05-2016, 11:33
Oxunub: 3 072 İstanbulda Birinci Ümumdünya Humanitar Forum öz işinə başladıAzərbaycanın dövlət başçısı tədbirdə iştirak edəcək

İstanbulda 59-dan çox ölkə rəhbərinin iştirakı ilə Birinci Ümumdünya Humanitar Forum oz işinə başlayıb.

Forumda müzakirə ediləcək mövzulardan biri suriyalı qaçqınlara humanitar yardım göstərilməsi ilə bağlıdır.


Bolgexeber.com xəbər verir ki, forum iki gün davam edəcək.

Sammit BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin təşkilati dəstəyi ilə keçirilir.

Sammitdə 177 dövlətin nümayəndəsi, o cümlədən 66 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Tədbir bazar ertəsi Pan Gi Munun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqləri ilə start götürəcək. Sammitdə Almaniyanın kansleri Angela Merkel, Azərbaycan prezidenti İlham Əliyev, Ukryana prezidenti Petr Poroşenko, Küveytin əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah, Niderlandın baş naziri Mark Rütte, Livanın baş naziri Tammam Salam və digər ölkələrin liderləri iştirak edəcəklər.

Sammitdə qeyri-hökumət təşkilatları, beynəlxalq humanitar strukturlar, sahibkarlar, böhrana məruz qalmış xalqların nümayəndələri dəvət edilib. Ümumilikdə forumda 5200 nəfər iştirak edəcək.

İstanbulda, real nəticələrin əldə edilməsi üçün humanitar yardımın çatdırılmasının təşkilatı məsələləri yüksək səviyyədə müzakirə ediləcək, bunu BMT Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen bəyan edib.

Onun sözlərinə görə, İstanbul sammitin keçirilməsi üçün təsadüfi seçilməyib. Belə ki, Türkiyə qaçqınların böyük hissəsini qəbul edib.