BolgeXeber.Com » Siyasət » Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik

Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik

27-05-2016, 16:26
Oxunub: 3 294 Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərikRusiya baş nazirinin müavini Dmtiri Roqozin bəyan edib ki, istehsalın 1,5 dəfə artırılması kosmik sahədə ABŞ-a çatmaq üçün yetərli deyil

Virtualaz.org bildirir ki, hökumət başçısı müavininin sözlərini mayın 27-də, cümə günü İnterfaks sitat gətirib.

“İstehsalı 1,5 dəfə artırarıq, amma heç vaxt onlara çata bilmərik”, - Roqozin Sənaye və Ticarət Nazirliyinin kollegiyasında bildirib və qeyd edib ki, Rusiya bu gün bu sahədə amerikalılardan doqquz dəfə geridədir.

Baş nazir müavininin sözlərinə görə, əgər Rusiya sənayesi bürokratiya ilə mübarizə aparmasa, rusiyalılar yenə də “NASA və İlon Mask"a baxacaqlar.