Almaniya Rusiyanı ən böyük təhlükə adlandırdı
5-06-2016, 13:30
Oxunub: 2 692
Moskva öz maraqlarını güc vasitələri ilə həyata keçirməyə və özbaşına beynəlxalq hüquqla qorunan sərhədləri dəyişdirməyə çalışır
Almaniya 2006-cı ildən sonra ilk dəfə hökumətin milli təhlükəsizlik siyasətinin əsaslandığı “Ağ kitab”ı yeniləyəcək.
Bolgexeber.com-un APA-ya istinadən verdiyi məlumata görə, kitabda əsas dəyişikliklərdən biri Rusiyanın tərəfdaş statusunun dəyişdirilməsi, bu ölkənin Almaniyanın rəqibi qismində əksini tapması olacaq.
Rusiya Avropanın sabitliyinə ən təhlükəli amillərdən biri kimi qeyd edilib.
Almaniya Müdafiə Nazirliyinin hazırladığı 80 səhifəlik sənəddə qeyd edilib ki, Moskva öz maraqlarını güc vasitələri ilə həyata keçirməyə və özbaşına beynəlxalq hüquqla qorunan sərhədləri dəyişdirməyə çalışır.
Buna görə də Rusiya “Soyuq Müharibə”dən sonra Avropada sülh və təhlükəsizlik üçün təhdidə çevrilib. Sənəddə vurğulanıb ki, Rusiya kursunu dəyişməsə, gələcəkdə Avropada təhlükəsizlik üçün təhdid olaraq qaralacaq.
Sənəddə ümumilikdə Almaniya üçün 10 təhdid sadalanıb. Bu sırada beynəlxalq terrorizm, radikal millətçilik, miqrasiya məsələsi və əhalinin sayının artması ilə bağlı epidemiya riski də yer alıb. Ağ kitab yeni redaksiyada yay tətilinə qədər Nazirlər Kabinetinə təqdim edilməli və təsdiqlənməlidir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər