BolgeXeber.Com » Siyasət » "Rusiyanın hərbi güc nümayişi ona kömək etməyəcək..." - Con Kerri

"Rusiyanın hərbi güc nümayişi ona kömək etməyəcək..." - Con Kerri

6-06-2016, 11:51
Oxunub: 3 496 "Rusiyanın hərbi güc nümayişi ona kömək etməyəcək..." - Con KerriABŞ dövlət katibi Con Kerri hesab edir ki, Rusiyanın hərbi güc nümayişi onun iqtisadiyyatını müsbət tərəfə dəyişməyəcək

Avropa.info xəbər verir ki, bu barədə Monqolustana səfəri zamanı deyib. “Məsələn götürək Rusiyanı. Orada enerji sektoruna böyük yatırımlar, yeni texnologiyalar yoxdur. Ukrayna ilə bağlı avantüra və sanksiyalar üzündən iqtisadiyyatları ciddi şəkildə zəifləyib. Onlar əzələlərini göstərə, adamları bombalaya, təyyarələri havaya qaldıra, raketlərlə Xəzər dənizindən atəş aça bilərlər. Lakin bütün bunlar insanları işlə təmin etməyəcək” – Kerri belə deyib.

Kerri hesab edir ki, belə siyasət Rusiyanı uzunmüddətli perspektivdə gücləndirməyəcək və müasir dünyada rəqabət qabiliyyətli etməyəcək.