BolgeXeber.Com » Dünya » Roman oxuyan insanlar daha anlayışlı olur -MARAQLI

Roman oxuyan insanlar daha anlayışlı olur -MARAQLI

16-06-2016, 11:37
Oxunub: 2 913 Roman oxuyan insanlar daha anlayışlı olur -MARAQLIAmerika mətbuatı professor Matthijs Balın roman mütaliəsi ilə bağlı fikirlərinə geniş yer verib

Həmin fikirlərə görə, insanın oxuduğu romanların sayı artdıqca çevrəsindəki insanları daha yaxşı anlamasına səbəb olur. Professor tələbələrin də iştirakı ilə iki təcrübə aparıb. İlk təcrübə zamanı M.Ball 36 tələbəsinə Yaponiyadakı nüvə fəlakətləri və Liviyadakı aksiyalarla bağlı qəzet xəbərlərini oxumağı tapşırıb. İkinci təcrübədə isə 50 tələbə Coze Saramaqonun “Korluq” adlı romanını oxuyub. Professor öncə müəyyənləşdirib ki, tələbələr həqiqi qaynaqlar yerinə xəyal məhsulu olan romanlara daha çox maraq göstərir.

Bundan başqa, onlar xəyal məhsulu olan xarakterlərlə özləri arasında bir bağ quraraq həqiqi hadisələrdən uzaqlaşmağı tərcih edirlər: “Roman oxuyarkən özümüzü itirdiyimiz an tamamilə başqa bir dünyaya keçirik. Romandakı qəhrəmanların hiss etdiklərini asanlıqla hiss edə bilir və sanki onun düşüncələri bizim düşüncələrimizdir kimi davrana bilirik.

Bunun sayəsində həqiqi həyatda qarşımıza çıxan insanların fərqli fikirlərini və problemlərini daha yaxşı qəbul edə bilirik”.(musavat.com)