Şəhidin arvadı utancverici addım atdı
16-06-2016, 09:56
Oxunub: 4 233
Ədalətin bərpa olunmasını istəyən şəhid atası Erkan Acem, qadının onun soyadını daşımasını istəmədiyini və şəhid pulunu ona halal etmədiyini deyib
PKK terrorçularına qarşı keçirilən əməliyyatlarda şəhid olmuş Türk əsgəri Sabri Acem üçün Türkiyə hökuməti 96 min lirə pul ayırıb (50 min manat). Lakin şəhidə ayrılmış pul əsgərdən boşanmaq üzrə olan həyat yoldaşı Ayşəgülə verilib.
Boşanma ərəfəsində olan Ayşəgül Acem, şəhidə ayrılmış pulu götürüb. Maddi sıxıntılara görə ərindən boşanmaq istəyən Ayşegül, şəhidin cənazə mərasiminə də qatılmayıb.
Ayşegülün bu addımı bir çox insan tərəfindən narazılıqla qarşılanıb.
Boşanma ərəfəsində olan əsgər, PKK ilə əməliyyata girməzdən əvən öz mirasının ata, ana və qardaşlarına çatmasını bildirən bəyannaməni imzalasa da, dövlət tərəfindən ayrılan pul, məhkəmə tərəfindən Ayşəgülə verilib.
Ədalətin bərpa olunmasını istəyən şəhid atası Erkan Acem, qadının onun soyadını daşımasını istəmədiyini və şəhid pulunu ona halal etmədiyini deyib.
Şəhid anası Seval Acem isə cənazə mərasiminə belə qatılmayan gəlinindən daşınıb və onu Allaha həvalə etdiyini deyib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər