BolgeXeber.Com » Şou-Biznes » "Azərbaycandan gedən fahişəni oynamaq üçün 200 min təklif etsələr..." - Azərbaycanlı aktrisa
"Azərbaycandan gedən fahişəni oynamaq üçün 200 min təklif etsələr..." - Azərbaycanlı aktrisa
22-06-2016, 10:00
Oxunub: 6 001
Gənc aktrisa Mələk Heydərovanın "istədiyim pulu versələr, yatağa girərəm" açıqlamasına onun həmkarı Diana Babayevadan cavab gəlib
Bolgexeber.com bildirir ki, D.Babayeva ölkə.az-a açıqlamasında deyib ki, aktrisa istənilən obrazı canlandıra bilər:
"Deməli, o aktrisa bizdən çox parlaq olacaq. Uğurlar arzu edirəm. Əslində, aktrisa hər bir rola girməlidir. Amma dəfələrlə demişəm ki, Azərbaycanda film çəkə bilmirlər. Belə bir rola çəkilirsənsə, o bir şedevr olmalıdır. Mənə üç ay əvvəl Moskvadan belə bir təklif gəlmişdi. Azərbaycandan gələn fahişə rolunu oynamalıydım. Filmin yarısı Bakıda, yarısı Moskvada çəkiləcək. Filmdə çox açıq-saçıq səhnələr vardı. Amma yaxşı qonorar təklif edirdilər, razı olmadım, peşman da deyiləm. 200 min rubl qonorar təklif olunmuşdu, həmçinin yol xərcim, qalmaq və yemək məsələlərini də onlar həll edəcəkdilər. Bildirilmişdi ki, artıq çəkiliş günü olsa, 200 min rubldan əlavə də qonorar yazılacaq... Hər halda Mələk xanım kimi aktrisalar kino sənayesinə çox lazımdır".
Xatırladaq ki, Mələk Heydərova Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşviq Hətəmovun "açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar dəvət edir" fikrinə cavab olaraq bu fikirləri səsləndirmişdi.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər