BolgeXeber.Com » Dünya » İsveçdə qadınların yarıçılpaq gəzməsi qanuniləşdi

İsveçdə qadınların yarıçılpaq gəzməsi qanuniləşdi

24-06-2016, 19:48
Oxunub: 4 554 İsveçdə qadınların yarıçılpaq gəzməsi qanuniləşdiİsveç hakimiyyəti qadınlara ictimai yerlərdə yarıçılpaq gəzməyə icazə verdi

Bu qərar özlərini əks cinsin nümayəndələri ilə eyniləşdirən transgenderlərin şikayətlərindən sonra qəbul edilib.

Bolgexeber.com bu barədə “Sputnik International”a istinadən xəbər verir.

Qanuna görə, qadınlar barədə “qadın kimi qəbul edilən insan” ifadəsindən istifadə edilib.

Sənədin ilkin olaraq transgenderliyin problemlərinin həllinə istiqamətlənmiş olsa da, hazırda bu sənəd nudizmin (insanların çılpaq formada hərəkət etməsi - red.) qanuniləşdirilməsi ilə bağlı atılmış ilk addım kimi qəbul edilib.

Bununla yanaşı, ictimai fikrin öyrənilməsi üzrə sorğularda isveçlərin 61 faizi qadınlara bu haqqın verilməsinin lehinə çıxış ediblər.