BolgeXeber.Com » İdman » Messi penaltini vura bilmədi, Çili Amerika kubokunun qalibi oldu - VİDEO

Messi penaltini vura bilmədi, Çili Amerika kubokunun qalibi oldu - VİDEO

27-06-2016, 10:20
Oxunub: 3 593 Messi penaltini vura bilmədi, Çili Amerika kubokunun qalibi oldu - VİDEOOyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitib

Çili yığması tarixində ikinci dəfə futbol üzrə Amerika Kubokunun qalibi olub.

ABŞ-ın Nyu-Cersi şəhərinin “Metlayf” stadionunda keçirilən final oyununda Xuan Antonio Pizzinin yetirmələri Arqentina komandası ilə qarşılaşıblar.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qələbə qazanaraq Amerika kubokunun qalibi olub.

Arqentina millisinin heyətində Lionel Messi və Lukas Bilya penalti zərbəsini dəqiq yerinə yetirməyiblər.

Bununla, Çili komandası ardıcıl ikinci dəfədir ki, Amerika kubokuna sahib çıxıb. Xuan Antonio Pizzinin yetirmələri bir il əvvəl də Arqentina yığmasını oyundan sonrakı penaltilər seriyasında məğlub etmişdilər.