BolgeXeber.Com » Xəbərlər » ​AVRO-2016: 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

​AVRO-2016: 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

28-06-2016, 12:29
Oxunub: 2 140 ​AVRO-2016: 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib Fransada keçirilən futbol üzrə 2016-cı il Avropa çempionatının ¼ final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

"Report" xəbər verir ki, ¼ finala son vəsiqəni İngiltərəni 1/8 finalda 2:1 hesabı ilə məğlub edən İslandiya millisi qazanıb.

Beləliklə, turnirin ¼ final mərhələsində qarşılaşacaq komandalar:

Polşa – Portuqaliya (30 iyun, Marsel)

Uels – Belçika (1 iyul, Lill)

İtaliya – Almaniya (2 iyul, Bordo)

İslandiya və Fransa (3 iyul, Sen-Deni).

Avropa çempionatı iyulun 10-da başa çatacaq.