BolgeXeber.Com » Ölkə » İcra başçısı Gəncədə sahibkarın mülkünü dağıtdırdı və... - FOTOLAR

İcra başçısı Gəncədə sahibkarın mülkünü dağıtdırdı və... - FOTOLAR

28-06-2016, 14:41
Oxunub: 2 898 İcra başçısı Gəncədə sahibkarın mülkünü dağıtdırdı və... - FOTOLARQanunsuz qərar Elmar Vəliyevin istəklərini özündə əks etdirməklə haqlı tərəfin hüquqlarını kobud şəkildə pozmuşdur

Gəncə sakini Pərvanə İsgəndərova ölkə başçısına müraciət edərək şəhərin icra başçısı Elmar Vəliyev tərəfindən rast gəldiyi haqsızlıqdan bəhs edir və Prezidentdən kömək istəyir.

İcra başçısı haqqında olunan şıkayətlər ünvanına çatmadığından Pərvanə xanım mediaya üz tutur və poçtun gizlətdiyi müraciətləri ictimailəşdirməyə üstünlük verir. Axı icra başçısının tapşırığı ilə Gəncədən heç bir şikayət yuxarı instansiyalara çatmır və yoxa çıxır.

Pərvanə xanım yüngül sənaye və qida sahəsində çalışan sahibkar xanımdır. Xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvandakı 70 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi, 04 noyabr 2011-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevin tapşırığı ilə tamamilə dağıdılıb. Bu özbaşınalığa 5 ildir ki, məhkəmələrdə qiymət verilmir və araşdırılaraq güya baxılır.

Lakin, Elmar Vəliyevin "qoçu”luq etdiyi Gəncədə yerləşən İnzibati İqtisad məhkəməsi və Gəncə Apelyasiya məhkəməsi Pərvanə xanımın haqlı iddiasını təmin etməmiş və hətta hakim Zərbəli Zərbəliyev icra başçısına xoş gəlsin deyə qarşı tərəfi dinləmədən qərar qəbul etmişdir. Bu qanunsuz qərar Elmar Vəliyevin istəklərini özündə əks etdirməklə haqlı tərəfin hüquqlarını kobud şəkildə pozmuşdur. Lakin, Ali məhkəmə Gəncədə yerləşmədiyi üçün Elmar Vəliyevin və hakim Zərbəli Zərbəliyevin özbaşınalığına biganə qalmamış və Gəncə Apelyasiya məhkəməsinin qərarını ləğv etmişdir. Ali Məhkəmənin qərarı ilə iş yenidən baxılması üçün Gəncə Apelyasiya məhkəməsinə göndərilmişdir. İş hazırda Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil Rzaquliyevin icraatındadır. Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün əvəzinə tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır. Lakin, Pərvanə xanım Gəncədə Elmar Vəliyevin məhkəmə hakimlərinə təzyiqlər etdiyini qeyd edərək ədalətin bərqərar olacağına inanmır. O, redaksiyamız vasitəsilə ölkə başçısına müraciət edərək Gəncədə üzləşdiyi haqsızlığa son qoyulmasını istəyir. (Miq.az)