BolgeXeber.Com » Bölgə » Şəmkirə güclü dolu yağdı –10 kəndi işıqsız qaldı (VİDEO )

Şəmkirə güclü dolu yağdı –10 kəndi işıqsız qaldı (VİDEO )

11-07-2016, 12:11
Oxunub: 3 769 Şəmkirə güclü dolu yağdı –10 kəndi işıqsız qaldı (VİDEO )Şəmkir rayonunun Çənlibel kəndinə güclü dolu yağıb

Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bolgexeber.com Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq rayonun dağ kəndlərinə güclü dolu yağıb. Təxminən 10 dəqiqəyə yaxın davam edən dolunun diametri 3 sm-ə yaxın olub və xoşbəxtlikdən kənd sakinlərinə, evlərə, maşınlara ciddi ziyan dəyməyib. Rayon Fövqəladə Hallar Komissiyasından veirlən məlumata görə, küləyin təsiri nəticəsində elektrik verilişində yaranan qüsurlar aradan qaldırılıb və bütün kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Ümumiyyətlə, bu il rayonun Çənlibel kəndinə bir neçə dəfə güclü dolu yağıb, təsərrüfatlara ciddi zərər dəyib.