BolgeXeber.Com » Dünya » "The Daily Mail": ​Fransada baş vermiş terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb

"The Daily Mail": ​Fransada baş vermiş terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb

15-07-2016, 10:17
Oxunub: 2 790 "The Daily Mail": ​Fransada baş vermiş terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürübİŞİD terror qruplaşması iyulun 14-də, axşam saatlarında Fransanın Nitsa şəhərində baş vermiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

"Report"un məlumatına görə, bu barədə Britaniyanın "The Daily Mail" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, onlarla insanın ölümünə, 100-dən çox insanın xəsarət almasına səbəb olmuş hadisəni İŞİD terror qruplaşması həyata keçirib.
Qeyd edək ki, dünən axşam saatlarında içində naməlum şəxslərin olduğu yük avtomobili Nitsa şəhərində bayram şənliyinə qatılan insanlara çırpılıb. Avtomobil iki kilometrədək hərəkət etdikdən sonra onun içindən küçədəki insanlara atəş açılıb. Nəticədə 80 nəfər ölüb, 120-dək insan xəsarət alıb.
Xəsarət almış 40 nəfərin vəziyyəti xüsusilə ağırdır.
Polis yük avtomobilinin sürücüsünü güllələyib.