BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda 80 min manata saz satılır - VİDEO

Bakıda 80 min manata saz satılır - VİDEO

23-07-2016, 09:58
Oxunub: 4 026 Bakıda 80 min manata saz satılır - VİDEOElşad adlı gənc onlayn satış saytlarının birinə 80 min manata saz satdığı barədə elan yerləşdirib

Bolgexeber.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, həmin gənc sazın Aşıq Ələsgərə aid oduğunu iddia edir.

Onun sözlərinə görə, sazı vaxtilə Aşıq Ələsgər onun babasına verib. Elşad deyir ki, sazın 200 ilə yaxın yaşı var.

Saz ilə tanış olan Azərbaycan Aşıqlar Birliyindən isə deyiblər ki, Aşıq Ələsgərin 200 illiyi 2021-ci ildə tamam olacaq:

“Bu sazın necə 200 yaşı ola bilər? Ələsgərin sazı solaxay olub, amma bu saz solaxay deyil”