BolgeXeber.Com » Analitika » 20 min abituriyent keçid balını yığa bilməyib - VİDEO

20 min abituriyent keçid balını yığa bilməyib - VİDEO

23-07-2016, 12:39
Oxunub: 3 908 20 min abituriyent keçid balını yığa bilməyib - VİDEO1-ci ixtisas qrupu üzrə abituriyentlərin 63%-i , 4-cü ixtisas qrupu üzrə isə 47% faizi keçid balını yığa bilməyib

Keçən il bu rəqəm 67% və 57% olub. Ekspertlər isə ötən illə müqayisədə müəyyən irəliləliş olmasına baxmayaraq ümumi nəticələri ürəkaçan saymır.

Ekspert bunun ilkin səbəbini abituriyəntlərin il boyu materialları səthi şəkildə mənimsəməsində görür. Abituriyəntlərə tövsiyə edilir ki, materialları müqayisəli şəkildə öyrənsinlər və məntiqi təfəfkkürün yoxlanılmasına dair testlər çox etsinlər.

31 min 397 abituriyentdən cəmi 11 min 406 nəfəri keçid balını keçə bilib. Müsabiqə şərtlərini 11 min 406 abituriyent ödəsə də 1 cı ixtisas qrupu üzrə qəbul plan yeri dəfələrlə çox- 13 min 632 dir. Bu isə o deməkdir ki, müsabiqəyə buraxilan abituriyentlərin hamısı düzgün ixtisas seçimi edib ali məktəblərə qəbul olsalar, 2 mindən çox plan yeri boş qalacaq. Nəzərə alsaq ki, 1-ci ixtisas qrupu üzrə sənəd verənlərin bir çoxu həm də 5-ci ixtisasa sənəd verib, deməli boş qalan plan yerlərinin sayı daha çox olacaq. Belə olan halda boş qalan yerlərin aqibəti necə olacaq?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyir ki, plan yerləri boş qalsa, müəyyənləşdirilən keçid balı aşağı salınmayacaq. Yəni minimum 200 balı toplaya bilməyənlər tələbə adını qazana bilməyəcək.

Bolgexeber.com "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.