BolgeXeber.Com » Xəbərlər » Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edəcək

Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edəcək

25-07-2016, 14:20
Oxunub: 1 879  Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edəcəkQəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəmkir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyulun 29-da saat 09:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəmkir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.