BolgeXeber.Com » Xəbərlər » “Sportinq” futbolçumuza 60 milyon qiymət qoydu – RƏSMİ

“Sportinq” futbolçumuza 60 milyon qiymət qoydu – RƏSMİ

25-07-2016, 17:02
Oxunub: 1 810 “Sportinq” futbolçumuza 60 milyon qiymət qoydu – RƏSMİ“Sportinq” azərbaycanlı futbolçu Budaq Nəsirovla müqavilə imzaladığını təsdiqləyib

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Portuqaliya təmsilçisi gənclərdən ibarət millimizin üzvü ilə 5 illik - 2021-ci ilin iyuna ayına qədər müqavilə imzaladığını təsdiqləyib.
Məlumatda həmçinin bildirilib ki, əgər futbolçu vaxtından əvvəl başqa komandaya keçsə, bu zaman onu alan klub "Sportinq"ə təzminat olaraq, 60 milyon avro ödənilməlidir.
“Sportinq” 20 yaşlı yarımmüdafiəçimizə komandada keçirəcəyi oyunlarda uğurlar arzulayıb.