BolgeXeber.Com » Media » Dövlət Komitəsi medianın hədəfində

Dövlət Komitəsi medianın hədəfində

3-08-2016, 12:59
Oxunub: 3 384 Dövlət Komitəsi medianın hədəfində2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 8544 xəbər yerləşdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mənfi xəbərlərdə,

Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlərdə liderdir.

***

Televiziya kanallarında ən çox xəbər göstərilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Qəzet və jurnallarda ən çox yazı dərc olunan Dövlət Statistika Komitəsi

Sayt və portallarda haqqında ən çox məlumat yayımlanan Dövlət Statistika Komitəsi

Radio kanallarında haqqında ən çox danışılan Dövlət Gömrük Komitəsi olub.

***

Bolgexeber.com bildirir ki, Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 8544 xəbər yerləşdirilib. Bunlardan 259-u mənfi, 698-i müsbət və 7587-si isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (85 xəbər - komitə sədri haqqında olan iddialar, ləğv edilməsi iddiası), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (75 xəbər - komitədə ciddi nöqsanlan aşkarlanması, korrupsiya və s.). Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (690 xəbər - gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Dövlət Statistika Komitəsinə (8 xəbər - komitənin əməkdaşlarının təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

1.​ Dövlət Statistika Komitəsi 2185 xəbər

2.​ Dövlət Gömrük Komitəsi 1755 xəbər

3.​ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1508 xəbər

4.​ Əmlak Məsələləri Dövlət Komitəsi 1196 xəbər

5.​ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 558 xəbər

6.​ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 491 xəbər

7.​ Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 348 xəbər

8.​ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 207 xəbər

9.​ Diasporla İş üzrə Dövlət Komitəsi 206 xəbər

10.​ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 64 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1226 xəbər dərc edilib. Bu xəbərlərdən 1146-sı neytral, 68-i müsbət, 12-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (5 xəbər - komitədə ciddi nöqsanlan aşkarlanması, korrupsiya və s.), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (3 xəbər - komitə sədri haqqında olan iddialar, ləğv edilməsi iddiası). Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (65 xəbər - gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Dövlət Statistika Komitəsinə (3 xəbər - komitənin əməkdaşlarının təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

1.​ Dövlət Statistika Komitəsi 307 xəbər

2.​ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 240 xəbər

3.​ Dövlət Gömrük Komitəsi 220 xəbər

4.​ Əmlak Məsələləri Dövlət Komitəsi 161 xəbər

5.​ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 95 xəbər

6.​ Diasporla İş üzrə Dövlət Komitəsi 68 xəbər

7.​ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 54 xəbər

8.​ Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 36 xəbər

9.​ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 32 xəbər

10.​ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 10 xəbər

İyul ayında televiziya kanallarında komitələr haqqında 332 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1.​ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 109 xəbər

2.​ Dövlət Gömrük Komitəsi 87 xəbər

3.​ Əmlak Məsələləri Dövlət Komitəsi 46 xəbər

4.​ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 35 xəbər

5.​ Dövlət Statistika Komitəsi 33 xəbər

6.​ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 11 xəbər

7.​ Diasporla İş üzrə Dövlət Komitəsi 6 xəbər

8.​ Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 5 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 28 xəbər verilib.

Xəbər sayına görə sıralama:

1.​ Dövlət Gömrük Komitəsi 12 xəbər

2.​ Dövlət Statistika Komitəsi 5 xəbər

3.​ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 5 xəbər

4.​ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2 xəbər

5.​ Əmlak Məsələləri Dövlət Komitəsi 1 xəbər

6.​ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 xəbər

7.​ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 xəbər

8.​ Diasporla İş üzrə Dövlət Komitəsi 1 xəbər