BolgeXeber.Com » Siyasət » Lukoşenko: Yalnız tənbəllər Belarusda gəlirsiz qala bilər

Lukoşenko: Yalnız tənbəllər Belarusda gəlirsiz qala bilər

15-08-2016, 19:38
Oxunub: 3 185 Lukoşenko: Yalnız tənbəllər Belarusda gəlirsiz qala bilər“Sadəcə hərəkət etmək lazımdır”

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, respublika hakimiyyəti ehtiyacı olanlara maddi yardım göstərməyə hazırdır, amma insan özünə arxayın olmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə yerli “Naşa Niva” nəşri yazıb.

“Belarusda yalnız tənbəl adam gəlirsiz qala bilər. Bizdə müharibə gedir? Sadəcə hərəkət etmək lazımdır”, - o deyib.

Lukaşenko vurğulayıb ki, insan yalnız özünə arxayın olmalıdır və pulun quru yerdən əldə edilmədiyini unutmaq olmaz.

“Kömək edəcəyik. Əgər siz addım atsaz, biz də sizə tərəf addım atacağıq. (Mən bütün ölkəni nəzərdə tuturam). Amma əlinizi əlinizin üstünə qoyub otursaz və hardansa kömək gözləsəz… Bilirsiz, sadəcə, yardım istəyənə yardım edirlər”, - prezident bəyan edib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin prioriteti çoxuşaqlı ailələr və hərbçilərdir, çünki onlar kənardan qazanc əldə edə bilmirlər.