BolgeXeber.Com » Analitika » Bakıda liftlərə ayırılan 30 milyon manat hara xərclənib? - FOTOLAR

Bakıda liftlərə ayırılan 30 milyon manat hara xərclənib? - FOTOLAR

23-08-2016, 10:19
Oxunub: 4 434 Bakıda liftlərə ayırılan 30 milyon manat hara xərclənib? - FOTOLARKöhnə binalarda yaşayanların ömürləri liftlə mübarizədə keçir Əməkdaşımız problemi araşdırdı, dövlət vəsait ayırsa da liftlərin əksəriyyəti yararsızdır və sakinlərin hesabına «yaşayır»

Texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər Bakıda hələ də istismardadır. Bunun sübutu kimi Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki 16 mərtəbəli binanın yük liftinin trosu qırılması nəticəsində içərisi adamla dolu kabinənin şaxtaya düşməsi faktını göstərmək olar.

Həmin binanın sakini Əli Əsgərov “Azadlıq radiosu”na bildirib ki, bundan əvvəl sakinlərin liftdəki nasazlığa görə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirir. Qurumdan onlara müraciətlərini Bakı Lift İdarəsinə ünvanlamaları tövsiyə olunub. Ancaq lift problemi yenə həllini tapmayıb: «Özümüz dəfələrlə pul toplayıb ora-burasını təmir etdirmişik. Lift ustası gəlir, deyir, «onu alın, bunu alın». Biz də pul toplayıb alıb veririk, düzəldir, gedir, az sonra yenə xarab olur». Bina sakini Əsmərxanım Hüseynovanın sözlərinə görə, hadisə baş verərkən liftdə 5 nəfər olub: «Yük liftidir. Hamısı xəstəxanalıq olub. Bu biri lift tez-tez xarab olur, adamlar minməyə qorxur. Səs-küyə çıxdıq, təcili yardıma zəng vurduq».

Mediada liftlərə texniki baxışın keçirilməməsi və lift avadanlıqlarının təmir olunmaması ilə bağlı şikayətlər dəfələr dərc olunub. Hələ də liftin nazaslığı ilə bağlı şikayətlər varsa, deməli problem tam həll olunmayıb.

Odur ki, üz tutduq elə Yasamal rayonunda yerləşən və Sovet dövründə tikilən çoxmərtəbəli binalara. Mirəli Seydiv və Şərifzadə küçələrində baş çəkdiymiz yaşayış binalarının lifti işləyirdi. Necə işləməsini müşahid etmək üçün biz də liftdən istifadə edik. M.Seyidov küçəsində yerləşən liftin kabinesində işıq yanmadığı üçün heç nə görmək mümkün deyildi. Mərtəbələri göstərən düymələrin bəziləri işləmirdi, bəzilərini isə basmağa güc lazımdır. Qapının da örtülüb-açılmasında problem var.

Şəirfzadə küçəsində yerləşənbinanın lifti nisbətən yaxşı vəziyyətdə idi. Ən azından kabinənin işığı vardı. Amma elə bu lift də aşağı sürətlə hərəkət edir və səs-küydən qulaq tutulurdu.

Sakinlər bildirir ki, mənzildə qeydiyyatda olan hər adama görə 20 qəpik ödəyirlər. Amma bunu nəyə görə ödədiklərini bilmirlər. Çünki liftdə problem yarananda onu da sakinlər təmir etdirirlər. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentin strukturuna daxil olan “Lift-təmir” İstehsalat Birliyinin əməkdaşları “liftə sakinlərin günahından zərər dəyməsi” adı ilə əlavə ödəniş tələb edirlər.

Liftin mühərriki yananda da onu da xərcini istifadəçilər ödəyirlər. “Lift-təmir” İstehsalat Birliyi sakinlərə “Biz dərhal yeni mühərriki quraşdırmağa hazırıq” deyirlər. Yəni xidmət ancaq bundan ibarətdir.

Söhbət etdiyimiz sakinlər bildirir ki, yuxarı mərtəbədə yaşayanların ömürləri liftlə mübarizədə keçir. Onlar dedi və biz də gördük ki, liftlərin dəyişdirilməsinə ehtiyac var. İstifadəçilər lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsini səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 23 dekabr 2008-ci il tarixdə sərəncam imzalayib.

Sərəncamda şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Eyni məqsdələ 2013 və 2015-ci illərdə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat (ümumilikdə 20 milyon manat) məbləğində vəsait ayrılıb.
Bakıda liftlərə ayırılan 30 milyon manat hara xərclənib? - FOTOLAR
Bakıda liftlərə ayırılan 30 milyon manat hara xərclənib? - FOTOLAR
Bakıda liftlərə ayırılan 30 milyon manat hara xərclənib? - FOTOLAR

Ramid İBRAHİMOV