BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı müğənni ərindən boşanır - FOTO

Azərbaycanlı müğənni ərindən boşanır - FOTO

23-08-2016, 15:35
Oxunub: 3 327 Azərbaycanlı müğənni ərindən boşanır - FOTOMüğənni Lətifə Soyuöz ilə həyat yoldaşı arasında soyuq küləklər əsir

Bolgexeber.com
xəbər verir ki, Deniz Soyuöz adlı türkiyəli iş adamına ərə gedən sənətçi bir müddətdir ki, onunla münasibətlərinə son qoyub.

Münasibətin korlanmasına isə xəyanətin səbəb olduğu iddia edilib. Deniz Soyuöz müğənniyə bir neçə dəfə xəyanət edib.

Artıq Lətifə Soyuöz məhkəməyə müraciət edib, boşanmaq barədə qəti qərara gəlib.

Axşam.az-a açıqlama verən ifaçı artıq 1 aydır ayrıldığını deyib:

"Şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm. 7 ildir ailə qurmuşdum. Çox çalışdıq ki, ailəmizi qoruyaq, amma alınmadı. 1 aydır ayrılmışıq. Allah hər kəsin yolunu açıq etsin. Həyatımda baş verən heç nəyə görə peşman deyiləm. Bu evlilikdən bir övladım var. Allah nəyi, necə məsləhət bildisə, elə də etdi".

L.Soyuöz Dəniz Soyuöz adlı Türkiyə vətəndaşı ilə ailə qurmuşdu. Onun 2014-cü ildə Arif adlı oğlu dünyaya gəlib.
Azərbaycanlı müğənni ərindən boşanır - FOTO
Azərbaycanlı müğənni ərindən boşanır - FOTO
Azərbaycanlı müğənni ərindən boşanır - FOTO