BolgeXeber.Com » Ölkə » Nazir oğlu hələ də fəhlənin maaşını verməyib... - ŞİKAYƏT VAR

Nazir oğlu hələ də fəhlənin maaşını verməyib... - ŞİKAYƏT VAR

27-08-2016, 10:37
Oxunub: 2 785 Nazir oğlu hələ də fəhlənin maaşını verməyib... - ŞİKAYƏT VARElmar Seyfəddinovun bu şikayəti bizi Fərhad Əliyevə qarşı bir müddət əvvəl mətbuatda irəli sürülmüş və müqayisə olunmayacaq dərəcədə daha böyük maxinasiyalardan bəhs edən ittihamlardan daha çox təəssübləndirmişdir

Qəzetimizin 13.08.2016-cı il tarixli sayında “Natiq Əliyevin oğlu “qənaət rejimi”nə keçib” sərlövhəli tənqidi material dərc olunmuşdu. Məqalədə son vaxtlar cəmiyyətimizdə artıq rüsvayçı bir tendensiya halını almaqda olan ictimai problemdən - “fəhlənin pulunu kəsmək dəbi”ndən söz açılmışdı. Həqiqətən də, bu mövzuda redaksiyamıza daxil olan şikayət ərizələrinin sayı artdıqca, artıq insanda belə bir fikir yaranır ki, bəlkə evində, həyətində və ya obyektində muzdla çalışdırdığı kasıb insanların, usta və fəhlələrin pulunu kəsmək bu günün dəbinin tələblərindən biridir? Düzdür, əslində pul haqq-hesabının dəbə heç bir dövrdə heç bir aidiyyatı olmayıb. Dədə-babalarımızdan da eşıtmışık və hətta Qurani-Kərimdə də buyrulub: “...işlətdiyiniz fəhlənin haqqını, alnının təri soyumamış ödəyin...” Amma bizim zənginlərə nə var ki? Təki onların ciblərindən çıxan pulun məbləği az olsun. Dəb də çıxararlar, hələ bəlkə ürəklərindən kasıb-kusubu biyara cəlb etmək kimi arzular da keçirərlər. Axı özünüz deyin, Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin özünün bağ evinin həyətində hovuz tikdirdiyi ustaya həmin bu işə görə borclu qalmasını başqa nə ilə izah etmək olar? Həm də bu borcun məbləği nə qədər olsa yaxşıdır? Cəmi 4500 manat! Artıq xəbər verdiyimiz kimi, vətəndaş Seyfəddinov Elmar Seyfəddin oğlu redaksiyamıza təqdim etdiyi ərizəsində bildirir ki, onun Fərhad Əliyevə məxsus bağ evinin həyətində tikdiyi hovuza görə ala bilmədiyi pulun məbləği məhz 4500 manatdır.

Biz mövzuya dair dərc etdiyimiz ötən yazıda da bildirmişdik ki, Elmar Seyfəddinovun bu şikayəti bizi Fərhad Əliyevə qarşı bir müddət əvvəl mətbuatda irəli sürülmüş və müqayisə olunmayacaq dərəcədə daha böyük maxinasiyalardan bəhs edən ittihamlardan daha çox təəssübləndirmişdir. Həmin ittihamlarda deyilirdi ki, Fərhad Əliyevə məxsus olduğu iddia edilən “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakı su qiymətinə hərraclarda satılır. Bir çox mənbələrin yekdil rəyinə görə, həmin vaxt kiçik səhmdarları qəsdən elə bir həddə gətirmişdilər ki, onlar öz səhmlərini dəyər-dəyməzinə satmağa məcbur olsunlar. Səhmdarlardan biri mətbuata verdiyi açıqlamasında yaranmış vəziyyəti belə təsvir etmişdi: “Maliyyə vəziyyətini dalana salmağın hədəfi səhmdar cəmiyyətin dəyərini, dolayısı ilə səhmlərinin bazar qiymətini “öldürməkdir”. Belə ki, bir neçə il öncə səhmdarlarına dividend verən, qiyməti 4 manata çatan səhmlər üçün indi heç 2 manat da vermirlər. Məqsəd səhmdarları səhmləri süni surətdə ucuz qiymətə satmağa vadar etməkdir. Bir sözlə, ASC-nin gerçək sahibləri kiçik səhmdarları təhrik edirlər ki, onların səhmlərinə dəyər-dəyməzinə sahib çıxa bilsinlər...” Nümunə kimi təqdim etdiyimiz bu maxinasiyada məhz milyonlardan söhbət getdiyinə görə, baş verənləri daha “normal” qəbul etmək olur. Hərçənd “Xətai Tikinti Mexanizasiya” ASC-nin kiçik səhmdarlarının da çox zəngin insanlar olduqlarını düşünmürük. Amma necə də olmasa, bu insanlar hər halda quru bir “səhmdar” adına sahibdirlər. İstənilən halda, kasıb fəhlənin 4500 manatını kəsmək... Yaraşmır Fərhad müəllim, vallah yaraşmır.

Yeri gəlmşkən, əgər Fərhad Əliyevin həqiqətən də bu qədər ciddi maliyyə sıxıntıları varsa, bəlkə bu problemin həllini hörmətli Sənaye və Energetika naziri öz üzərinə götürə bilər?(bizimdovr.az)

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.