BolgeXeber.Com » Analitika » Əfsanəvi “qanuni oğru” qətlindən əvvəl gürcü avtoritetlərlə görüşübmüş

Əfsanəvi “qanuni oğru” qətlindən əvvəl gürcü avtoritetlərlə görüşübmüş

27-08-2016, 11:12
Oxunub: 7 094 Əfsanəvi “qanuni oğru” qətlindən əvvəl gürcü avtoritetlərlə görüşübmüşLənkəranskinin qətlini sifariş etməkdə suçlanan “Şakro”nun yaxın adamı həbs olundu

İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı bəzi detallar üzə çıxıb. Moskvada Rövşən Lənkəranskinin qətlinə fərman verdiyi ehtimal edilən “Şakro Molodoy”un baş cangüdəni həbs olunub. Yezidi kürd olan “Şakro Molodoy” kimi tanınan kriminal avtoritet Zaxari Kalaşovun təhlükəsizlik xidmətinin rəhbəri Batır Bekmuradovun barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə B.Bekmuradov “Şakro Molodoy”un reketlik yolu ilə pul alması üçün sahibkarları seçib müəyyənləşdirib. Daha sonra onları təhdid edərək aylıq haqq alıb. O, ittihamları rədd edir. Batır Bekmuradov keçmiş desantçıdır, Moskvanın Ozersk rayonu rəhbərinin keçmiş köməkçisidir.
Əfsanəvi “qanuni oğru” qətlindən əvvəl gürcü avtoritetlərlə görüşübmüş

Onu şefi “Şakro Molodoy” iyul ayında reketlik və quldurluq ittihamı ilə həbs olunub. O, 2014-cü ilin martında həbsdən azad ediləndən sonra Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) qəbri üstünə yollanmışdı. Orada “Ded Xasan”ın qətlini sifariş verən şəxsi tapıb öldürəcəyinə and içmişdi. Milliyyətcə yezidi kürd olan “Ded Xasan” 2013-cü il yanvarın 16-da Moskvanın Povarski küçəsində yerləşən “Köhnə fayton” restoranından çıxarkən killer tərəfindən vurulmuşdu. “Ded Xasan”ın öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Bunun əsas səbəbi isə “Ded Xasan”ın öldürülməsindən sonra cinayətkar aləmin kralı postuna “1 nömrəli namizəd” hesab olunan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsdə olması idi. Hələ o vaxt Rusiya mətbuatı “Ded Xasan”ın varisi kimi İspaniyada həbsdə olan Z.Kalaşovun adını çəkirdi. “Ded Xasan”ın taxtına “Molodoy”un oturacağı qeyd edilirdi. “Şakro Molodoy”un həbsdən azad edilməzdən öncə mətbuatda kriminal aləmdə yeni qanlı hesablaşmaların başlayacağı xəbərləri vardı. Hələ ö dövrdə “Şakro Molodoy”un “Ded Xasan”ın qətlinə görə Rövşən Lənkəranski ilə haqq-hesab çəkəcəyi xəbərləri vardı. Bu səbəbdən də “Şakro Molodoy”un Rövşən Lənkəranskinin qətlindən bir neçə gün əvvəl “içəri”yə girməsi “yeraltı dünya”da birmənalı qarşılanmayıb. Rövşən Lənkəranski xüsusi çəkiyə malik “qanuni oğru” idi və onun öldürülməsinə görə cavabın özünü çox da gözlətməyəcəyi ona atəş açılan andan bəllidir. Belə bir halda “Şakro Molodoy”un “içəri” girməsi “öz evi” hesab olunan məhbəsdə öldürülməsinin qarşısını birmənalı şəkildə alacaq. Həbsdə olduğu illər isə həyatda olacağına təminatdır. Bu baxımdan “Şakro Molodoy”un “içəri”də sağ-salamat qalacağı ehtimalı böyükdür...

“Rövşən Lənkəranski”nin daha bir qurbanı - “Miri Şamaxinski”

Əfsanəvi “qanuni oğru” qətlindən əvvəl gürcü avtoritetlərlə görüşübmüş

Bu arada mətbuatda 2010-cu ildə Moskvada yaşadığı mənzilin qarşısında öldürülən kriminal avtoritet “Miri Şamaxinski” haqda yazılar dərc olunub. Virtualaz.org xəbər verir ki, “Miri Şamaxinski”ni killerlər xüsusi amansızlıqla qətlə yetiriblər. Rusiya hüquq-mühafizə orqanları qətlin Lənkəranskinin qruplaşması tərəfindən təşkil edildiyini müəyyən ediblər...
Bu arada, Avqustun 18-də İstanbulda öldürülməzdən əvvəl Rövşən Lənkəranski yaşadığı oteldə Tahir Can və özünün yaxın adamları sayılan azərbaycanlı Hacıbaba Talıbxanlı, A.N. və Zaur İsayevdən əvvəl gürcü avtoritetlərlə də görüşdüyü haqda xəbərlər var. Həmin avtoritetlər “Sripa” ləqəbli Temuri Nemsisveridze, “Matveiç” ləqəbli Roin Uqlava və Dato Çuradze olublar. Rövşən Lənkəranskinin bu şəxslərlə Moskva bazarlarındakı durumu müzakirə etdiyi ehtimal edilir. Gürcü avtoritetlərin Türkiyə hüquq mühafizə orqanlaır tərəfindən axtarıldığı da gələn məlumatlar sırasındadır. Qeyd edək ki, əfsanəvi “qanuni oğru”nun gülləbaran edilməsi Moskvanın Domodedovo rayonundakı eyni adlı meyvə-tərəvəz bazarına nəzarətdən doğan mübahisəyə görədir. Hətta qətlin mümkün sifarişçisinin adı da çəkilir - Timur. Bu şəxsin Rusiya Federasiyası Dumasının deputatı Aleksandr Şişkinin şəxsi mühafizə xidmətinin rəisi olduğu deyilir. Bildirilir ki, bazarda mübahisə illərdir ki, davam edir. Həmin bazardakı mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb...

Ötən saylarımızdan birində Rövşən Lənkəranskinin öldürülməsi planının xeyli əvvəldən olduğunu yazmışdıq. Mənbəmiz demişdi ki, planın tezliklə icra edilməsi nəzərdə tutulmurmuş. Qaynağımız onun Türkiyədə özünü rahat hiss edib sayıqlığını itirməsi haqda söylənilənlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Rövşən Lənkəranski qətlindən əvvəl “Mersedes - S class” markalı zirehli maşın sifariş edib. Həmin maşın ona avqustun 19-da çatdırılmalı imiş. Avqustun 18-də öldürülməsinin bu məlumatın onun opponentlərinə çatdırılmasını düşünmək üçün əsaslar yaradır. Belə məlumat var ki, Rövşən Lənkəranskinin zirehli maşın alacağı haqda məlumatı əks cinaha - onun düşmənlərinə Tahir adlı sürücüsü ötürüb. Qətl buna görə ertələnib. Lənkəranskini zirehli maşında öldürmək ehtimalının azlığı onun düşmənlərini təcili hərəkətə keçirib və nəticədə əfsanəvi “qanuni oğru” öldürülüb.(musavat.com)