BolgeXeber.Com » Ölkə » Bakıda ÖZBAŞINALIQ: Vətəndaşın xəbəri olmadan adına "BestComp Group"dan kredit götürüldü
Bakıda ÖZBAŞINALIQ: Vətəndaşın xəbəri olmadan adına "BestComp Group"dan kredit götürüldü
27-08-2016, 12:34
Oxunub: 9 112
Bakıda vətəndaşın xəbəri olmadan onun adına saxta imza ilə kompüter alınıb
Bolgexeber.com xəbər verir ki, bu barədə report-a vəkil Vamiq Şükürov məlumat verib.
Vəkilin sözlərinə görə, iştirakı olmadan sənədləri və imzası saxtalaşdırılmış, adına kreditə kompüter götürülmüş vətəndaş Elçin Hacıyev hüquqi yardım almaq üçün ona müraciət edib: "Kompüteri kreditə vermiş "BestComp Group" şirkəti Elçin Hacıyevi məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsi isə həmin şəxsin borcunun onun maaşından tutulması qərarı çıxarıb". V.Şükürov həmin qərardan apellyasiya şikayəti verdiyini deyib: "Uzun sürən məhkəmə prosesindən sonra yeni qərar çıxarıldı. Məhkəmədə məlum oldu ki, mənə müraciət edən şəxs Elçin Hacıyev kompüteri həmin şirkətdən almayıb, onun yerinə imzası saxtalaşdırılıb. Məhkəmə bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması barədə xüsusi qərar qəbul etdi".
Vəkil əlavə edib ki, bu məsələdə "BestComp Group" şirkətinin günahı olmayıb: "Sənədi saxtalaşdıranlar başqa şəxslər olublar".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər