BolgeXeber.Com » Dünya » Moskvada dəhşətli yanğın: 17 ölü

Moskvada dəhşətli yanğın: 17 ölü

27-08-2016, 14:34
Oxunub: 3 116 Moskvada dəhşətli yanğın: 17 ölüRusiyanın paytaxtı Moskva şəhərində baş verən yanğında ölənlərin sayı artıb

AzVision.az xəbər verir ki, yanğında zəhərlənən şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas emək mümkün olmayıb. Bununla da ölənlərin sayı 17 nəfərə çatıb.

Qeyd olunub ki, Moskva şəhərində baş verən yanğında ölənlərin əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Ölənlər `Peçatnıy ekspress` mətbəəsinin anbarında işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.

Şəhər meri Sergey Sobyanin isə bildirib ki, yanğında xəsarət alanlar Sklifosovski İnstitutuna və 36 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.