BolgeXeber.Com » İdman » Ziya Məmmədovun daha bir "obyektində" BÖHRAN - "Bu gedişlə voleybol idman növü tamam yox olacaq"
Ziya Məmmədovun daha bir "obyektində" BÖHRAN - "Bu gedişlə voleybol idman növü tamam yox olacaq"
27-08-2016, 16:17
Oxunub: 3 940
Mətbuata idman klublarımızıdakı problemlərlə bağlı danışdığı üçün baş məşqçi postundan qovulan Ziya Rəcəbov yenə qalmaqala səbəb olacaq açıqlamalar verib
AzNews.az-a danışan "Azəryol" voleybol klubunun qadınlardan ibarət baş məşqçisi Ziya Rəcəbov ona ikinci məşqçilik təklif olunduğunu deyib: “Bir müddət öncə çalışdığım "Azəryol" voleybol klubunun direktoru məni yanına çağırdı. O bildirdi ki, "bu yaxınlarda CBC kanalına müsahibə vermisiniz və bu müsahibəniz rəhbərliyin xoşuna gəlməyib. Ona görə də birinci məşqçi kimi yox, ikinci məşqçi kimi fəaliyyət göstərəcəksən”. Təbii ki, bu qərar məni razı salmadı. Mən də ikinci məşqçi olmaq istəmədim və işdən çıxmaq qərarına gəldim”.
Dünya çempionu işdən uzaqlaşdırılması səbəbinin əslində nədən ibarət olduğun heç özü də dəqiq bilmir: “Əslində bilmirəm səbəb nədir?! Bilmirəm ki, müsahibə bəhanədir, yoxsa yox. Amma məni çağırıb səbəb kimi bunu gətirdilər”.
“Azəryol”un sabiq məşqçisi baş verənlərin klubun maliyyəsinin azaldılması ilə əlaqədar ola biləcəyini də ehtimal edir: "Düzdür, büdcə azaldılıb. Aylıq büdcə 60 min manata düşüb. Mən də bunu nəzərə alaraq komandaya yerli qızlar cəlb etdim . Legionerlərdən demək olar ki, imtina etməli olduq. Yerli qızları komandaya cəlb etməklə uğurlu komanda qurmaq niyyətində idim. Amma onların bu qərarı verməkləri hər şeyi alt-üst etdi. Ağır atletimiz Nicat Rəhimova ölkəsində qiymət qoymadılar gedib, o da Qazaxıstanın adından yarışır, uğur da qazanır. Belə getsə yerli idmançılarımızın çoxu ölkəni tərk edəcək. Azərbaycan çox idmançısını həmişəlik itirəcək. Bu gedişlə mən də Azərbaycanı tezliklə tərk edəcəm. Çünki mənimlə də danışıqlar gedir. İndi Azərbaycanda cəmi bir neçə klub qalıb. Bu gedişlə voleybol idman növü tamam yox olacaq. Təcili ciddi qərarlar qəbul edilməlidir”.
Qeyd edək ki, Rəcəbov 2011-ci ildə “Rabitə” ilə Azərbaycan Superliqasını və dünya çempionluğunu qazanıb.
Məlumat üçün deyək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər