BolgeXeber.Com » Xəbərlər » DİN: 79 cinayət, 40 həbs

DİN: 79 cinayət, 40 həbs

27-08-2016, 17:29
Oxunub: 2 358  DİN: 79 cinayət, 40 həbsRespublikanın daxili işlər orqanları tərəfindən ötən gün 79 cinayət faktı qeydə alınıb. Onların 17-nin üstü isti izlərlə açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.