BolgeXeber.Com » Dünya » Yalnız milyonçulara aid sosial şəbəkə – Üzvlük haqqı 9000 dollar

Yalnız milyonçulara aid sosial şəbəkə – Üzvlük haqqı 9000 dollar

5-09-2016, 11:53
Oxunub: 7 747 Yalnız milyonçulara aid sosial şəbəkə – Üzvlük haqqı 9000 dollar“Özünüzə uygun statuslu insanlarla ünsiyyətdə olun. Bura zamanından çox pulu olanlar üçündür…”

“Facebook”, “Twitter” və digərləri hər gün milyonlarla insanın istifadə etdiyi, yaxınları, dostları ilə ünsiyyət qurduğu sosial şəbəkələrdir. Lakin dünyada heç də hamının istifadə edə bilmədiyi sosial şəbəkə də var.
Bu, Ceyms Touçi Peters tərəfindən yaradılmış “Onlayn ölkə klubu” – “Netropolitan Club” adlı sosial şəbəkədir.
Sosial şəbəkə ilə bağlı bir sıra maraqlı faktlar diqqəti cəlb edir. Məsələ burasındadır ki, “Netropolitan Club” bəstəkar və keçmiş dirijor tərəfindən yaradılıb. Bu sosial şəbəkə ancaq varlılar üçün nəzərdə tutulub. “Netropolitan Club” istifadəçisi olmaq istəyən şəxs 9000 dollar pul ödəməlidir.
Elə varlıların sosial şəbəkəsinin şüarı da maraqlı olması ilə seçilir: “Özünüzə uygun statuslu insanlarla ünsiyyətdə olun. Bura zamanından çox pulu olanlar üçündür…”
“Netropolitan Club”da hər il profilini yeniləmək istəyən üzvlər 3000 dollar ödəməlidir. Üstəlik, bura yalnız yaşı 21-dən çox olanlar üzv ola bilər. Və onlar profildə adlarını, soyadlarını olduğu kimi qeyd etməlidirlər. “Facebook”dan fərqli olaraq, bura gizli profillə, niklə üzvlük mümkün deyil.
Varlılar üçün nəzərdə tutulmuş sosial şəbəkənin üzvləri statuslarında reklam materialları, zorakılıq və xoşagəlməz görüntüləri paylaşa bilməzlər. Hazırda dünyanın sosial şəbəkə istifadəçilərinin cəmi 1 faizi “Netropolitan Club”un xidmətlərindən istifadə edir.
Varlıların istifadə etdiyi sosial şəbəkə ilə bağlı daha bir maraqlı məqam onun yaradıcısı Ceyms Touçi Petersin “Netropolitan Club”u təsis etməsindən cəmi 2 ay sonra dünyasını dəyişməsidir. “Mən yalnız bəzi insanlarla ünsiyyətdə olmaq istəyirəm, buna görə sosial şəbəkə yaratdım” – deyən Ceyms Touçi Peters cəmi 2 ay “özünə uyğun” hesab etdiyi insanlarla ünsiyyət qura bildi. Buna baxmayaraq, “Netropolitan Club” fəaliyyətini davam etdirir. Üstəlik, onun üzvlərinin sayı ildən-ilə artır. Təbii ki, Istifadəçilərin əksəriyyəti maddi cəhətdən imkanlı şəxslərdir. Dünyanın bir sıra məşhurları ilə məhz “Netropolitan Club”da ünsiyyət qurmaq, dostluq etmək olar.(publika.az)