BolgeXeber.Com » Dünya » ABŞ prezidentliyinə namizəd xəstəliyə yoluxdu...

ABŞ prezidentliyinə namizəd xəstəliyə yoluxdu...

12-09-2016, 16:06
Oxunub: 2 810 ABŞ prezidentliyinə namizəd xəstəliyə yoluxdu...ABŞ-ın Nyu-York şəhərində 11 sentyabr hücumlarının 15-ci ilinin anma mərasimində xəstələnən Demokratlar partiyasının prezidentliyə namizədi Hillari Klintona sətəlcəm diaqnozu qoyulduğu bildirilib

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Klintonu Nyu-Yorkdakı evində müayinə edən həkimi Liza Bardack yazılı açıqlamasında Klintonun sətəlcəm olduğunu bildirib.

Bardack Nyu-Yorkda 11 sentyabr 2001-ci ildə terror hücumu ilə dağıdılan Əkiz Qüllələrin yerləşdiyi ərazidə keçirilən anım mərasimində xəstələnən və mərasimdən erkən ayrılan Klintonun müalicəyə başladığını və evində istirahət etdiyini də qeyd edib.

ABŞ mediasında prezident seçkilərinə iki ay qalmış Klintonun xəstələnməsi mübahisə mövzusuna çevrilib. Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trumpın seçki kampaniyası üzvləri Klintonun ABŞ prezidentliyi üçün sağlamlıq baxımından əlverişsiz olduğunu iddia edirlər.


Qeyd edək ki, Klinton 2012-ci ildə də daha ciddi bir xəstəlikdən müalicə olunmuşdu. O zaman narahatlıq yaşayan Klinton beyin sarsıntısı keçirmişdi. Həkimlər Klintonun narahatlığını mədə virusu və həddindən artıq su itkisi ilə əlaqələndirmişdi.