BolgeXeber.Com » Dünya » Türkiyənin məşhur aktyoru Tarık Akan vəfat edib-VİDEO

Türkiyənin məşhur aktyoru Tarık Akan vəfat edib-VİDEO

16-09-2016, 12:18
Oxunub: 6 154 Türkiyənin məşhur aktyoru Tarık Akan vəfat edib-VİDEOTürkiyənin məşhur aktyoru, "Yakışıklı" kimi də tanınan Tarık Akan vəfat edib

Bir müddət əvvəl ağciyər xərçənginə tutulan və İstanbulda müalicə alan türk kinosunun əfsanəvi sənətkarı Tarık Akan dünyasını dəyişib. Oxu.Az bu barədə haberler.com saytına istinadən məlumat verir.Kino karyerasına başlamazdan əvvəl Bakırköy çimərliklərində xilasedici işləyən T.Akan 1970-ci ildə “Səs” jurnalının təşkil etdiyi “Sinema artist yarışması”nda qalib olaraq 1971-ci ildə ilk filmi olan “Solan bir yaprak gibi” ilə kamera qarşısına keçib.

1970 - 1975-ci illərdə 12 filmdə rol alaraq “Yeşilçam”ın ən parlaq ulduzuna çevrilib. Emel Sayınla “Mavi boncuk”da, Hülya Koçyiğit ilə “Sev kardeşim”də, Hale Soygazi ilə “Gecə kuşu Zehra”da yaddaqalan obrazlar yaradıb.

“Hababam sınıfı” adlı ekran əsəri ilə türk kinosunun unudulmazları arasına daxil olmağı bacarıb.

111 film və 4 televiziya serialında rol alan məşhur aktyor 1985-ci ildə Berlin Beynəlxalq Film Festivalında “Pansiyon” filmi ilə “Gümüş Ayı Mansiyon Ödülü”nü qazanıb. 1982-ci ildə Kann Film Festivalında “Yol” filmi ilə “Ən yaxşı aktyor” nominasiyasına namizəd olub. 1973 - 2002-ci illər arasında 12 mükafata layiq görülüb.
O, ümumilikdə 111 bədii filmə və 4 seriala çəkilib. Tarık Akan 1973-2002-ci illərdə 12 müxtəlif mükafata layiq görülüb.