BolgeXeber.Com » Bölgə » Bərdə rayon Mədəniyyət və Turizm şöbəsində Milli Musiqi Günü qeyd olunub-FOTO
Bərdə rayon Mədəniyyət və Turizm şöbəsində Milli Musiqi Günü qeyd olunub-FOTO
19-09-2016, 19:43
Oxunub: 3 165
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür
1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.
Milli Musiqi günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsində, uşaq musiqi məktəblərində və şöbənin tabeliyində olan mədəniyyət müəsissələrində tədbirlər kecirilmiş dahi bəstəkar Üzeyir Hacibəyovun həyat və yaradıcılığından danışılmışdır. Mədəniyyət və Turizm şöbəsində keçirilən tədbirdə şöbənin müdiri İlyas Hacıyev Milli Musiqi gününün əhəmiyyətindən və Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyətində gördüyü işlərdən danışaraq bu gün bu ənənənin layiqincə davam etdirildiyini nəzrə catdırılıb. Uşaq musiqi məktəblərində kecirilən tədbirlən konsert proqramı ilə davam edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər