BolgeXeber.Com » Siyasət » Konstitusiyaya təklif edilən dəyişikliklər: 146-cı maddə (VİDEO)

Konstitusiyaya təklif edilən dəyişikliklər: 146-cı maddə (VİDEO)

24-09-2016, 18:24
Oxunub: 3 541 Konstitusiyaya təklif edilən dəyişikliklər: 146-cı maddə (VİDEO) Bələdiyyələrin məsuliyyəti məsələsinin Konstitusiya səviyyəsinə qaldırılması onların öz funksiyalarını daha ciddi və daha yaxşı yerinə yetirməsinə səbəb olacaq

Bolgexeber.com AzVision.az-a istindən Konstitusiyamıza təklif edilən dəyişikliklər və onların niyə lazım olmasını maddələr üzrə şərh edir. Hazırda qüvvədə olan Konstitusiyamızda bu maddə yoxdur. Əlavə olunur. Təklif edilən əlavə: Maddə 146(1). Bələdiyyələrin məsuliyyəti Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Bəs bu əlavə nə üçün lazımdır? Bu maddə bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyətini gücləndirir. Bələdiyyələrin məsuliyyəti məsələsinin Konstitusiya səviyyəsinə qaldırılması onların öz funksiyalarını daha ciddi və daha yaxşı yerinə yetirməsinə səbəb olacaq.
Bütün dəyişikliklərin izahları burada: http://az.azvision.az/referendum