BolgeXeber.Com » İdman » "Sörvayvr"ın qalibi rinqə qayıdışını qələbə ilə başa vurdu - VİDEO

"Sörvayvr"ın qalibi rinqə qayıdışını qələbə ilə başa vurdu - VİDEO

26-09-2016, 09:54
Oxunub: 3 780 "Sörvayvr"ın qalibi rinqə qayıdışını qələbə ilə başa vurdu - VİDEO “Sörvayvr 2016"da (Survivor) da qalib gələn kikboksinq üzrə dünya çempionu Atakan Arslan aylar sonra rinqə çıxıb

Qaynarinfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Miks Fayt Qala” turnirində Almaniyanı təmsil edən keniyalı Kevin Brenda ilə döyüşən Atakan nokautla qalib gəlib.

Döyüşün ilk raundunda Atakan rəqibinə ciddi hücumlar etməyib və onun zəif tərəfini tapmağa çalışıb. O, II raund başlayan kimi isə həlledici zərbəsini endirərək qalib gəlib.

Qeyd edək ki, turnirdən gələcək bütün gəlir vasitəsilə şəhid ailələrinə yardım ediləcək.