BolgeXeber.Com » İdman » "Lester" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb

"Lester" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb

28-09-2016, 10:38
Oxunub: 3 148 "Lester" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb İngiltərənin "Lester" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

"Report"un məlumatına görə, ölkə çempionu "Dumanlı Albion" təmsilçiləri arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu qələbə ilə başa vuran birinci komanda olub."Lester" əvvəlcə Belçika "Brügge"sini 3:0, ardından Portuqaliya "Portu"sunu 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələlərində müxtəlif illərdə İngiltərənin "Mançester "Yunayted", "Mançester Siti", "Arsenal", "Tottenhem", "Liverpul", "Çelsi", "Lids", "Nyukasl" və "Blekbern" çıxış edib. Onlardan heç biri ilk 2 turda qələbə qazana bilməyib.