BolgeXeber.Com » Ölkə » Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

28-09-2016, 15:29
Oxunub: 2 456  Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaqSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısa müddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.