BolgeXeber.Com » Xəbərlər » Cəlilabad rayonunda Ümumxalq səsverməsi şəffaf, demokratik şəraitdə keçdi

Cəlilabad rayonunda Ümumxalq səsverməsi şəffaf, demokratik şəraitdə keçdi

28-09-2016, 19:18
Oxunub: 3 851 Cəlilabad rayonunda Ümumxalq səsverməsi şəffaf, demokratik şəraitdə keçdiHər seçkidə aktiv olan rayon əhalisinin böyük əksəriyyəti referendumla bağlı səsvermə üçün də seçki məntəqələrinə üz tutaraq sandıq başına getdi

Seçki məntəqələri açılandan axşam saatlarına qədər seçici axını müşahidə olundu, vətəndaşlar hər hansı müdaxilə, təzyiqlə qarşılaşmadan sərbəst şəkildə səsvermədə iştirak etdi.Cəlilabaddakı seçki prosesini həm yerli, həm xarici müstəqil müşahidəçilər izlədi, bütün məntəqələrdə təhlükəsizlik tədbirləri görüldü, şəffaflığın təmin edilməsi üçün kameralar quraşdırıldı.Cəlilabad rayonu referendum seçkilərini insidentsiz, şəffaf və beynəlxalq standartlara uyğun keçirdi.Cəlilabaddada seçkilər şəffaf və demokratik keçirildi. Seçicilərə müdaxilə olmadan hər kəsin seçiminə hörmətlə yanaşıldı. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatdan da görünür ki, Cəlilabadda seçici fəallığı ən yüksək səviyyədə olub.

Məlumat üçün bildiririk ki,Cəlilbad rayonunda 3 dairə seçki komissiyası və 87 məntəqə vardır Rayon üzrə səs verməli olan seçicilərin sayı 98 min 899 nəfər olmuşdur. Dairələrdə məntəqələrdən alınan məlumatların dəqiq və operativ görülməsi üçün sürətli internet xətti və fasiləsiz eıektrik enerjisi ilə təmin edilib. Bütün məntəqələrdə referendumun şəffaf, azad və ədalətli keçirilməsi üçün əvvəlcədən hər cür şərait yaradılıb. Məntəqələrin 20-də veb-kamera quraşdırılıb. Qeyd edək ki, referendumda şəffaflığın təmin olunmasında bu, ən obyektiv vasitələrdən biri kimi yüksək qiymətləndirilir. dairə seçki komissiyasıyalarının referendum ərəfəsində keçirdiyi bütün iclaslarda referendumun şəffaf, demokratik və ədalətli keçirilməsi əsas məsələlərdən biri olmuşdur.Bunun üçün ölkəmizdə beynəlxalq standartlara uyğun mükəmməl qanunvericilik bazasının mövcudluğu əsas zəmin olmuşdur.İlk dəfə səs verən seçicilərlə maarifləndirmə proqramı çərçivəsində söhbətlər aparılmış, referendumda iştirak etmələrinin zəruriliyi göstərilmişdir.Rayon ərazisindəki seçki məntəqələrində referendum yüksək nizam-intizam şəraitində keçirilirdi. Axınaxın gələn seçicilər növbə ilə öz vətəndaşlıq borclarını yerinə yetirirdilər. Yüksək əhvalruhiyyə, üzlərdən oxunan sabaha inam ifadəsi aydın hiss olunurdu. Referendumun tam demokratik şəkildə, qanunauyğun keçirilməsi, şəffaflığı diqqəti cəlb edirdi.Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının saat 19:00-a olan məlumatında Cəlilabad rayonunda olan seçki məntəqələrdə seçiçilərin 71,7 %-I səs vermişdi. Bu da onu göstərir ki, cəlilabadlılar cənab prezident İlham Əliyevin diqqət və qayğını yüksək qiymətləndirir, prezidentin ətrafında bir yumruq kimi sıx birləşir, ölkəni qaralamaq istəyən, gözdən salmağa çalışanlara qarşı mübarizədə həmrəylik nümayiş etdirir.
Bolgexeber.com
Cəlilabad rayonunda Ümumxalq səsverməsi şəffaf, demokratik şəraitdə keçdi
Cəlilabad rayonunda Ümumxalq səsverməsi şəffaf, demokratik şəraitdə keçdi