BolgeXeber.Com » Bölgə » "Uşağın öldüyünü bizə demədilər, indi də otaqda gizləniblər" - doğuş zamanı Şəkidə faciə - VİDEO – FOTO

"Uşağın öldüyünü bizə demədilər, indi də otaqda gizləniblər" - doğuş zamanı Şəkidə faciə - VİDEO – FOTO

19-10-2016, 16:51
Oxunub: 4 072 "Uşağın öldüyünü bizə demədilər, indi də otaqda gizləniblər" - doğuş zamanı Şəkidə faciə - VİDEO – FOTO"Dedilər ki, hər şey yaxşıdır"

"Doğuş zamanı qapını bağlayıb bizi qovdular"

"Qayıdıb dedilər ki, sizə kim deyib uşaq olub?

Doğuş zamanı ölən uşağın yaxınları danışdılar.Şəkidə İlyasovlar ailəsinin ilk övladı doğuş zamanı dünyasını dəyişib.Bolgexeber.com ARB TV-yə istinadən xəbər verir ki, dünən səhər saatlarında Şəki Regional Perinatal Mərkəzinə daxil olan İlyaslı Aidə Bəxtiyar qızı axşam saatlarında təbii doğuş həyata keçirib. Ancaq nəticə faciəvi olub, uşaq ölüb. Xəstənin qohumu olan Rəşad İlyasov: "Hər şeyin yaxşı olduğunu dedilər. Həkimə bildirdim ki, lazımdırsa, keysəriyyə üsulu ilə götürək. Dedilər yox, yaxşıdır hər şey. İndi ortada yoxdurlar, otağa girib gizləniblər". Xəstənin digər qohumu olan Sədaqət İlyasova isə səhər saat 06:00-dan xəstəxanada olduqlarlarını qeyd edib:
"Səhər gətirdik uşağı. Artıq doğuş zamanı qapını bağlayıb bizi qovdular. Əvvəlcə göz aydınlığı verdilər ki, uşaq olub. Az sonra isə qayıdıb dedilər ki, sizə kim deyib uşaq olub? Uşağın ölü olmasını bizə bildirməyiblər".