BolgeXeber.Com » Siyasət » Xorvatiya prezidenti: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”
Xorvatiya prezidenti: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”
24-10-2016, 16:45
Oxunub: 3 158
“Çox səmimi qarşılanmaya görə təşəkkür edirəm”
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib. O bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”.
Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə