BolgeXeber.Com » İdman » “Qızıl top”a namizədlərin adları açıqlandı – SİYAHI

“Qızıl top”a namizədlərin adları açıqlandı – SİYAHI

25-10-2016, 10:45
Oxunub: 3 477 “Qızıl top”a namizədlərin adları açıqlandı – SİYAHI“France Football” nəşri dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb

Oxu.Az xəbər verir ki, bu barədə məlumat bazar ertəsi, oktyabrın 24-də, nəşrin saytında yerləşdirilib.

Yekun siyahıya 30 futbolçunun adı daxil edilib: Serxio Aquero, Kevin de Bruyne (“Mançester Siti”), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund), Qaret Beyl, Kriştianu Ronaldu, Toni Kroos, Luka Modriç, Serxio Ramos (“Real” Madrid), Canluici Buffon, Paulo Dibala, Qonzalo İquain (“Yuventus”), Diyeqo Qodin, Antuan Qrizmann, Koke (“Atletiko”), Zlatan İbrahimoviç, Pol Poqba (“Mançester Yunayted”), Andres İniesta, Lionel Messi, Neymar, Luis Suarez (“Barselona”), Robert Levandovski, Tomas Müller, Manuel Noyer, Arturo Vidal (“Bavariya”), Uqo Loris (“Tottenhem”), Riyad Marez, Cemi Vardi (“Lester Siti”), Dmitri Paye (“Vest Hem”) Ruy Patrisiu (“Sportinq”).

Xatırladaq ki, ötən il bu mükafatın sahibi Argentina millisinin və “Barselona” komandasının ulduzu Lionel Messi olub.