BolgeXeber.Com » İdman » Samboçularımız Dünya Çempionatına hazırlaşırlar-VİDEO

Samboçularımız Dünya Çempionatına hazırlaşırlar-VİDEO

25-10-2016, 15:52
Oxunub: 4 306 Samboçularımız Dünya Çempionatına hazırlaşırlar-VİDEO1992-ci ildə təsis edilən Azərbaycan Sambo Federasiyası son illər daha çox qayğı görən idman qurumlarımızdan biridir

Bir çox mötəbər yarışlardan qızıl medalla qayıdan samboçularımız tez-tez ölkəmizin bayrağını zirvələrə qaldıraraq hər birimizi sevindirirlər.
Artıq azyaşlı uşaqları da sambo zallarında görmək sevindirici haldır. Sambo idmanı üzrə yığma komandanı yaxın günlərdə yeni çempionat gözləyir. Bununla əlaqədar olaraq, idmançılarımız çətin məşq proseslərində məsuliyyətlə iştirak edirlər.
BTV bildirir ki,yığma komandanın məşqçisi Səhliman Ağayev qarşıdakı çətin sınaq haqda danışıb.Məşqçinin ən çox ümid bəslədiyi idmançılardan biri olan Cavidan Qarayev bu il qızıl medal qazanmaqda iddialıdır.
Sonda Səhliman Ağayev SOCAR rəhbərliyinə və federasiyanın prezidenti Ceyhun Məmmədova yaratdıqları şəraitə görə öz təşəkkürünü bildirib.
Bolgexeber.com