Müəllimlərin əməkhaqqı artırılacaq - RƏSMİ
25-10-2016, 19:40
Oxunub: 3 160
Azərbaycanın 26 rayonunda noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçənlər üçün əməkhaqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur
Trend-in məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanılıb: "İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçrilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilməsi və bunun əsasında da əməkhaqqının hesablanması həyata keçirildi".
Nazir müavininin spzlərinə görə, ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmə davam etdirilib, bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır: "Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq. Başqa sözlə, islahat təxminən 100 min müəllimi əhatə edəcək".
C.Bayramov deyib ki, hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: "Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər