BolgeXeber.Com » Ölkə » Mirdamət Seyidov sakinlərə niyə kömək etmir? - İsmayıllıda ciddi vəziyyət…

Mirdamət Seyidov sakinlərə niyə kömək etmir? - İsmayıllıda ciddi vəziyyət…

26-10-2016, 19:15
Oxunub: 4 425 Mirdamət Seyidov sakinlərə niyə kömək etmir? - İsmayıllıda ciddi vəziyyət…“İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyyə edilib”

Bunu fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev bildirib.
R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: “İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükə daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyyə edilib, daha uç ailəyə xəbərdarlıq edilib.
Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə dərhal evlərini boşaltsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar”.
Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.
Kənd sakinlərinin Bizimxeber.az-a verdiyi məlumata görə, köcmək üçün tapşırıq verilib. Amma nə rayon icra hakimiyyəti rəhbərliyi, nə də, fövqəladə hallar komissiyasının nümayəndələri kənd sakinlərinə heç bir komək etmir: Nəyi gözləyirlər bilmirik. Ancaq deyirlər ki, sürüşmə artmasa yaxşı olacaq…
Qəribədir, heç bir önləyici addımlar atılmır. Heç bir dəstək yoxdur. Sadəcə deyilib ki, köçün. Harda qalacıq, nə yeyəcik bax bunlar sual altındadır. Yalnız bir dəfə özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən bir nəfər gəldi və bildirdi ki, köçmək lazımdır”. Dəfələrlə belə hallar baş verib. Hər dəfə sürüşmə bir az da aktivləşib, baxıb gediblər. İcra başçısı Mirdamət Seyidovdan kömək istəmişik, heç bir reaksiya verilməyib. Bir sözlə,sakinlətin Allahın ümidinə qalıblar.