BolgeXeber.Com » İdman » Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

27-10-2016, 10:15
Oxunub: 2 934 Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO"Dünya karatesinin qara brilyantı" Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalına çıxıb

Finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib.

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Billdirək ki, 84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev də finala vəsiqə qazanıb.

Qeyd edək ki, Oktyabrın 27-də çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq. (day.az)