BolgeXeber.Com » Siyasət » Tramp: "Rejim və hökumətləri devirməyəcəyik

Tramp: "Rejim və hökumətləri devirməyəcəyik

2-12-2016, 12:12
Oxunub: 2 751 Tramp: "Rejim və hökumətləri devirməyəcəyikABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət aparmağa səy göstərməyəcək

Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.“Biz rejim və hökumətləri devirməyəcəyik. Altı trilyon dollar tək Yaxın Şərqdə, xatırlayırsınız? Bizim məqsədimiz sabitlikdir, xaos deyil. Çünki biz ölkəmizi bərpa etmək istəyirik”, - deyə Tramp qeyd edib.

Bundan əvvəl məlum olub ki, Tramp prezidentliyi dövründə ABŞ quru qoşunlarının sayını xeyli artırmaq, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirmək niyyətindədir.