BolgeXeber.Com » Media » "Gündəlik Bakı”-nın da baş redaktoru həbs olundu

"Gündəlik Bakı”-nın da baş redaktoru həbs olundu

7-12-2016, 09:59
Oxunub: 3 134 "Gündəlik Bakı”-nın da baş redaktoru həbs olunduHüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində Azərbaycan mətbuatının adına qara ləkə olan "baş redaktor" vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir

Bolgexeber.com moderator.az-a istinadən xəbər verir ki, xəbər verir ki, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində Azərbaycan mətbuatının adına qara ləkə olan "baş redaktor" vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir.

Xatırladaq ki, keçmiş MTN-nlə əlbir olub rekertçiliklə məşğul olan mətbuat orqanları arasında "Gündəlik Bakı" qəetinin də adı hallanırdı. "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin adı birbaşa MTN-nin

tapşırıqlarını yerinə yetirməkdə, müxtəlif məmur və sahibkarları şantaj edərək qorxutmaqda hallanırdı. Qeyd olunurdu ki, əvvəlcə Habil Vəliyev özü tərəfindən külli miqdarda rüşfət alınır, sonra isə keçmiş MTN- nə "təhvil" verilirmiş. Məhz buna görə də dəfələrlə Habil Vəliyev barədə şikayətlr edilsə də sonda "dəmir əl" o vasitəsilə qalib gəlmişdi.