BolgeXeber.Com » Bölgə » Qar sürücülərə çətin anlar yaşatdı - Şamaxıda yollar buz bağladı- VİDEO

Qar sürücülərə çətin anlar yaşatdı - Şamaxıda yollar buz bağladı- VİDEO

7-12-2016, 11:46
Oxunub: 3 575 Qar sürücülərə çətin anlar yaşatdı - Şamaxıda yollar buz bağladı- VİDEOHava şəraitinin kəskin dəyişməsi Şamaxını qarın əsirinə çevirib. Bu ərazidən keçən magistral yollar buz bağlayıb, bir neçə kəndə gediş - gəlişdə problemlər yaşanıb

Bəziləri qar-buz səbəbi ilə yolda qalıb. Əsas magistrallarda axşam saatlarında vəziyyətin təhlükəli hal alacağı ehtimal olunur. Odur ki, bu yoldan istifadə etməli olan sürücülər diqqətli və ehtiyatlı olun!
Bakı-Şamaxı - İsmayıllı magistralı, Şamaxı-Ağsu dolayları qar və şaxtalı hava səbəbindən buz bağlayıb. Magistrallarda səhər saatlarında yaranan buzlaşma yol idarəsinin köməkliyi ilə aradan qaldırılıb. Yolda avtomobillərin hərəkətində hələlik hər hansı bir problem yaşanmayıb. Axşam saatlarında şaxtalı hava səbəbindən yollar buz bağlayacaq. DYP idarəsi isə təhlükəli vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib. Qarın əsas çətinlik yaratdığı Şamaxı-Pirqulu yolu isə sürücülər üçün keçilməz olub. Sözügedən yolda səhər saatlarından buzlaşma müşahidə olunub. Yola qum duz qarışığı tökülsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Hazırda Qaleybuğurd, Dəmirçi, Zarat, Pirbəhli və Qızmeydan kəndlərinə gedən yolda buzlaşma səbəbindən hərəkətə qısa fasilələrlə məhdudiyyət qoyulub. Nağarxana kəndindən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıb. Dağlıq kəndlərə 30-40 santimetr qar yağıb. Hazırda kənd yollarının bağlanmaması üçün yola qum-duz qarışığı səpilir. Şaxtalı havanın davam edəcəyi proqnozlaşdırılır.

b69688a667cd1efb53947d5ebf5278da 0d1c667f9cad0a87b10b2987f59e1f5d 9b858cabf3bf5ae10c72cdb65bfa8118 1013eeef2207e973c5fa91fe83866473 33972870621d69b6271a07892df911c2