BolgeXeber.Com » BÖLGƏ TV » Məktəblərdə istilik problemi - Niyə həll olunmur?

Məktəblərdə istilik problemi - Niyə həll olunmur?

10-12-2016, 11:30
Oxunub: 3 824 Məktəblərdə istilik problemi - Niyə həll olunmur?Təhsil Nazirliyi məsələyə münasibət bildirib

Dövlət tərəfindən ayrılan vəsaitlər hesabına çoxlu sayda yeni məktəblər inşa edilib, müasir istilik sistemləri quraşdırılıb. Ancaq buna baxmayaraq ölkə üzrə 100-dən artıq belə məktəbdə istilik sistemləri işləmir. Təhsil Nazirliyi məsələyə münasibət bildirib.

Ölkədə son illər çoxlu müasir məktəb binaları tikilib və ya ehtiyac olanlar təmir olunub. Ancaq yeni məktəblərin istilik sistemlərinin işləməməsi şagirdləri soyuq havada çarəsiz qoyur. Millət vəkili Elmira Axundovanın sözlərinə görə təkcə Masallıda 14 belə məktəblər var.

800-dən çox şagirdin təhsil aldığı və müasir görünüşü ilə göz oxşayan, ancaq istilik sistemi işləməyən belə təhsil ocaqlarından biri də Mingəçevirdə yerləşən 18 nömrəli orta məktəbdir. Müəllimlər dərs keçmək üçün elektrik sobalarından istifadə edirlər. Siniflər böyük olduğundan elektrik sobası da otağı qızdırmaq üçün kifayət etmir.

Bina bir neçə il öncə təmir ediləndə müasir istilik sistemi quraşdırılıb. Bu ildən isə qurğuda yaranan nasazlıq şagirdlərin isti otaqlarda təhsil almasına mane olub. Məsələ ilə bağlı məktəbin direktoru da məsələdən xəbərdar olduğunu bildirdi.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirir ki, nazirlik problemdən xəbərdardır və hazırda onun həlli ilə bağlı işlər aparılır.

Orta hesabla bir məktəbdə 500 şagirdin təhsil aldığını nəzərə alsaq deməli təxminən 50 min şagird soyuqda təhsil alır. Əgər almaq mümkün olursa. Və bu qeyri-müəyyən vaxta qədər belə davam edəcək.