BolgeXeber.Com » Siyasət » Qambiya prezidenti cığallığa başladı: əvvəl uduzduğunu etiraf edib, indi deyir ki...

Qambiya prezidenti cığallığa başladı: əvvəl uduzduğunu etiraf edib, indi deyir ki...

10-12-2016, 14:04
Oxunub: 3 365 Qambiya prezidenti cığallığa başladı: əvvəl uduzduğunu etiraf edib, indi deyir ki...Qambiya prezidenti Yahya Cammeh bu ayın əvvəlində keçirilmiş seçkidə məğlubiyyətini qəbul etdikdən cəmi bir həftə sonra nəticələri tanımaqdan imtina edib

Dövlət televiziyası ilə çıxış edən Cammeh seçki “anormallıqlarından” danışıb və daha bir seçkiyə çağırıb.

1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş Cammeh seçkidə seçicilərin 45 faizinin səsini qazanmış Adama Barroya uduzub. ABŞ Cammehin son hərəkətini kəskin pisləyib. Dövlət departamentinin sözçüsü Mark Toner prezidentin hərəkətini Qambiya xalqına “qarşı misli görünməmiş həqarət” adlandırıb.

Qambiya prezidenti cığallığa başladı: əvvəl uduzduğunu etiraf edib, indi deyir ki...


İnşaatçı sahibkar Barrou yeni prezident kimi vəzifəsinin icrasına yanvar ayında başlamalı idi, lakin indi “Reuters” agentliyinə nə olacağını bilmədiyini deyib.

Qambiya 2 milyonluq əhalisi ilə Afrikanın ən kiçik ölkəsidir. Lakin beynəlxalq aləmdə opponentlərinə qarşı repressiyalarda ittiham olunan Cammeh deyir ki, o “Allahdan qorxan müstəqil seçki komissiyasının” keçirəcəyi yeni seçkini istəyir. Qonşu Seneqal da baş verənləri pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

22 ildir ki, prezidentlik edən Cammeh cəmi bir həftə əvvəl rəqibini seçki qələbəsi münasibətilə təbrik etmişdi. Rəsmi seçki nəticələrinə görə o 36, 7 faiz, rəqibi isə 45, 5 faiz səs qazanmışdı. (“Azadlıq” radiosu)
Qambiya prezidenti cığallığa başladı: əvvəl uduzduğunu etiraf edib, indi deyir ki...