BolgeXeber.Com » Müsahibə-Reportaj » Afaq Aslan: “Türk kişiylə sevgiliyəm, məni o maliyyələşdirir…”

Afaq Aslan: “Türk kişiylə sevgiliyəm, məni o maliyyələşdirir…”

10-12-2016, 14:15
Oxunub: 9 046 Afaq Aslan: “Türk kişiylə sevgiliyəm, məni o maliyyələşdirir…”Müğənni Afaq Aslan şəxsi həyatından danışıb

Bolgexeber.com lent.az-a istinadən xəbər verir ki, ifaçı evlilik təklifi alıb.

“Ailə qurmağıma bir həftə qalmış sevgilimdən ayrıldım. Çünki o insanın yalanlarını gördüm. Buna baxmayaraq, ondan mənə xatirə 2 otaqlı ev qaldı. Ailə qurmaq barədə düşünürəm. Hazırda türkiyəli bəylə sevgiliyəm. Mənə tez-tez ailə qurmaq təklifi edir. Bir həftə öncə də mənə təklif etdi ki, ailə quraq. O, mənə dəstəkdir. Sənətimdə hər şeyi o maliyyələşdirir. Amma hələ ki, onu da sınayıram. Qismət, bəlkə ailə qurub, Dubaya köçdüm. Ora köçsəm də, bura gəlib gedəcəyəm. Çünki buradan daimi köçmək fikrim yoxdur”, -deyə A.Aslan xəbər verib.
Müğənni onu da əlavə edib ki, çəkdirdiyi açıq-saçıq şəkillərə görə peşman deyil:
“Mənə deyirlər ki, illər sonra çəkdirdiyin şəkillərə görə peşman olacaqsan. Əsla, hələ bundan da betər şəkillər çəkdirəcəyəm. Yaxın günlərdə yeni fotosessiyamı təqdim edəcəyəm”.

Müğənni gələcəklə bağlı arzularından da söz açıb:

“Arzularım çoxdur. İstəyirəm ki, ana olum. Ailəm olsun. Müğənnilikdə də istədiyim pillədə olum”.